İctimai Komitə həbsxana xəstəxanasında monitorinq keçirdi

Ədliyyə Naziri yanında İctimai Komitənin (İK) koordinatoru Səadət Bənənyarlı və İK-nın üzvləri Zəliha Tahirova və Əliməmməd Nuriyev yanvarın 29-da monitorinq məqsədi ilə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə (mərkəzi həbsxana xəstəxanasına) baş çəkdilər.

Ziyarət zamanı xəstəxanada 400 xəstə vardı, onlardan 18 nəfəri məhkum qadın, 13-ü isə ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar idi.

Xəstələrin saxlanma şəraitini və tibbi və inzibati personalın işini qiymətləndirmək üçün İK üzvləri müalicə palatalarına, izolyatora, laboratoriyalara, mətbəxə, inzibati və yardımçı tikililərə baş çəkdilər. Məhkum qadınlara və ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara xüsusi diqqət yetirildi. Məhkumların xahişi ilə onların bir neçəsi İK üzvləri tərəfindən şəxsən qəbul edildi.

Ümumən əvvəlki ziyarətlə müqayisədə tikililərin təmir baxımından daha yaxşı vəziyyətdə olduqları qeyd edildi. Həmçinin “izolyasiya palatalarının” (izolyatorun) isidilməsi də əhəmiyyətli dərəcədə yaxşılaşıb, orada müasir “kombi” sistemi quraşdırılıb.

Mərkəzi xəstəxananın iş yükünün yüngülləşdirilməsi üçün xəstələrin bir qisminin müalicəsi koloniyaların tibbi-sanitar bölmələrinin həkimlərinə həvalə edilib, bunun üçün orada zəruri şərait yaradılıb. Sağalmaz xəstəliyin son mərhələsində olan xəstələrin vaxtından əvvəl şərti azadetmə prosedurundan istifadə edilməklə azadedilməsi praktikası xüsusi diqqətə layiqdir. Ötən il bu praktika 19 məhkumun öz doğmalarının əhatəsində vəfatetməsinə imkan yaratdı.

Bununla yanaşı, bir sıra problemlər qalır ki, onların da bəziləri system xarakteri daşıyır və son illər məhkumların ümumi sayının artması ilə əlaqədardır. Hərbir xəstənin öz yataq yeri olsa da, bəzi palatalar da hər bir xəstə məhkum üçün 5 kv. Metr sahə nəzərdə tutan milli standarta riayət edilmir.

Ziyarətin yekununda İK üzvləri xəstəxanada vəziyyətin yaxşılaşdırılması ilə bağlı qeydlərini və tövsiyələrini tərtib etdilər və onlar nazirin adına ünvanlanmış konfidensial hesabatda öz əksini tapdı.

Qeyd edək ki, İK Ədliyyə Nazirliyinin əmri ilə 2006-cı ildə yaradılıb və “Əsasnamə” əsasında fəaliyyət göstərir ki, bu da saxlanma şəraitini və məhkumların islahını monitorinq etməklə ictimaiyyətin penitensiar sistemin işin də iştirakının həyata keçirilməsinə imkan verir. Bundan başqa, İK üzvləri Ədliyyə Nazirliyinin digər tədbirlərində də iştirak edirlər.

Yaxın vaxtlarda İK həbsxanaların monitorinqi məqsədi ilə növbəti baş çəkmələri həyata keçirməyi planlaşdırır.

Bakı, 30 yanvar 2018-ci il (İK)