Ədliyyə Naziri yanında İctimai Komitənin yeni seçilmiş tərkibinin üzvlər Məhkəmə Ekspertiza Mərkəzində olmuşdur

Ədliyyə Naziri yanında İctimai Komitənin yeni seçilmiş tərkibinın üzvləri 27 dekabr 2017-ci il tarixində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində olublar.

Ədliyyə Naziri yanında İctimai Komitə 2006-cı ildən fəaliyyət göstərir.

2013-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul olunması ilə əlaqədər İctimai Komitənin fəaliyyəti Penitensiar Xidmətlə yanaşı nazirliyin digər sahələrini də əhatə etməyə başlayıb. İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb.

Yeni tərkib bu ilin noyabır ayından fəaliyyətə başlayıb. Komitənin növbəti səlahiyyət müddəti üçün planlaşdırdığı fəaliyyət istiqamətlərindən biri də Ədliyyə nazirliyinin strukturuna daxil olan idarələrin işi ilə bilavasitə tanış olmaq, idarənin fəaliyyəti ilə bağlı fikir və təkliflərini müvafiq idarə rəhbərliyinə çatdırmaqdır.

Məhkəmə Ekspertiza Mərkəzində təşkil olunan görüşdə İctimai Komitənin üzvüləri mərkəzin rəisi Fuad Cavadovla görüşümüş və mərkəzin fəaliyyəti ilə tanış olmuşlar. Mərkəzin rəisi Fuad Cavadov komitə üzvlərini mərkəzin səahiyyət dairəsinə aid olan fəaliyyətlərlə tanış etmiş, həmçinin məhkəmə ekspertizasını yüksək səviyyədə həyata keçirmək üçün istifadə olunan müasir avadanlıqlarla tanış etmişdir.

Mərkəz rəisi və əməkdaşlar İctimai Komitə üzvlərini maraqlandıran suallara cavablar vermişdir.

İctimai Komitə üzvləri Mərkəzin işinin təşkilindən razı qaldıqlarını bildirmışlər.

İctimai Komitə                                                                      

27.12.2017